KONQRESİN TƏSİS TARİXİ

1996-cı ildə Turkiyənin Antalya şəhərində keçirilən növbəti Türkiyə Milli Qastroenterologiya Konqresində (Türk Ulusal Gastroenteroji Kongresi) bir qrup görkəmli türk və türkdilli ölkələrdən Konqresə dəvət olunmuş qonaq alimlər ilə keçirilən görüşlərdə Avrasiya Qastroenterologiya Assosiasiyasının yaradılması və özək dərnəyin Ankarada olması barədə razılıq əldə edilmişdir.

Avrasiya Qastroenterologiya Assosiasiyasının ilk Beynəlxalq Avrasiya Konqresi 1997-ci ildə Azərbaycan Respublikasının paytaxtı Bakı şəhərində keçirilmişdir. Azərbaycan hökumətinin dəstəyi ilə keçirilən ilk Konqresdə dünyanın 5 ölkəsini təmsil edən 35 xarici, eləcə də 500-ə yaxın azərbaycanlı alim və həkim iştirak etmişdir. 

 

il

Konqresin adı

Keçirildiyi ölkə

1997

I Beynəlxalq Avrasiya cərrahiyyə və qastroenterologiya konqresi

Azərbaycan

1998

II Beynəlxalq Avrasiya cərrahiyyə və qastroenterologiya konqresi

Qazaxıstan

1999

III Beynəlxalq Avrasiya cərrahiyyə və qastroenterologiya konqresi

Türkiyə

2000

IV Beynəlxalq Avrasiya cərrahiyyə və qastroenterologiya konqresi

Özbəkistan

2001

V Beynəlxalq Avrasiya cərrahiyyə və qastroenterologiya konqresi

Qırğızıstan

2003

VI Beynəlxalq Avrasiya cərrahiyyə və qastroenterologiya konqresi

Azərbaycan

2004

VII Beynəlxalq Avrasiya cərrahiyyə və qastroenterologiya konqresi

Türkiyə

2005

VIII Beynəlxalq Avrasiya cərrahiyyə və qastroenterologiya konqresi

Gürcüstan

2006

IX Beynəlxalq Avrasiya cərrahiyyə və qastroenterologiya konqresi

Azərbaycan

2007

X Beynəlxalq Avrasiya cərrahiyyə və qastroenterologiya konqresi

İran

2008

XI Beynəlxalq Avrasiya cərrahiyyə və qastroenterologiya konqresi

 

Azərbaycan

2011

XII Beynəlxalq Avrasiya cərrahiyyə və qastroenterologiya konqresi

2013

XIII Beynəlxalq Avrasiya cərrahiyyə və qastroenterologiya konqresi

2014

XIV Beynəlxalq Avrasiya cərrahiyyə və qastroenterologiya konqresi

Şimali Kipr

2016

XV Beynəlxalq Avrasiya cərrahiyyə və qastroenterologiya konqresi

Türkiyə

2017

XVI Beynəlxalq Avrasiya cərrahiyyə və qastroenterologiya konqresi

Bosniya və Herseqovina

2019

XVII Beynəlxalq Avrasiya cərrahiyyə və qastroenterologiya konqresi

Xorvatiya

2019

XVIII Beynəlxalq Avrasiya cərrahiyyə və qastroenterologiya konqresi

Azərbaycan

2023

XIX Beynəlxalq Avrasiya cərrahiyyə və qastroenterologiya konqresi

İtaliya

2024

XX Beynəlxalq Avrasiya Cərrahlar və Qastroenteroloqlar Konqresi

Azərbaycan

(25-27 aprel 2024-cü il tarixində keçiriləcək)

Azərbaycan cərrah və qastroenteroloqları Avrasiya Qastroenterologiya Assosiasiyasının yarandığı ilk gündən fəal üzvü kimi Assosiasiyanın apardığı bütün işlərdə aktiv fəaliyyət göstərən tərəflərdən biridir.

Avrasiya Qastroenterologiya Assosiasiyasının qurulmasında Azərbaycan tibb elminin görkəmli nümayəndəsi, dünya səviyyəli elm xadimi, akademik Böyükkişi Ağayevin əvəzedilməz rolu olmuşdur. Onun sədrliyi ilə Beynəlxalq Avrasiya cərrahiyyə və qastroenterologiya konqresi 7 dəfə Azərbaycanda keçirilmişdir.

2023-cü ilin noyabr ayında İtaliyanın paytaxtı Roma şəhərində keçirilən XIX Beynəlxalq Avrasiya cərrahiyyə və qastroenterologiya konqresində Rəyasət Heyəti yekdilliklə nöbvəti Konqresin 2024-cü ilin aprel ayında Azərbaycanın paytaxtı Bakı şəhərində keçirilməsini qərara almışdır.

Beləliklə, 25-27 aprel 2024-cü il tarixlərində Bakı şəhərində Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin, “Akademik M.A.Topcubaşov adına Elmi Cərrahiyyə Mərkəzi” publik hüquqi şəxsin, Azərbaycan Cərrah və Qastroenteroloqlar İctimai Birliyinin, Milli Onkologiya Mərkəzinin, Azərbaycan Tibb Universitetinin, Avrasiya Qastroenteroloqlar Assosiasiyasının, Türkiyə Respublikasının Hepato Bilio Pankreatologiya və Qaraciyər Araşdırmaları assosiasiyalarının birgə təşkilatçılığı ilə XX Beynəlxalq Avrasiya Cərrahlar və Qastroenteroloqlar Konqresi və XX Beynəlxalq Hepatoqastroenterologiya Konqresi keçiriləcək.

Artıq dünyanın 23 ölkəsindən 100-dən çox səhiyyə işçisi, alim və mütəxəssis XX Beynəlxalq Avrasiya Cərrahlar və Qastroenteroloqlar Konqresi və XX Beynəlxalq Hepatoqastroenterologiya Konqresində iştirak etmək üçün Təəşkilat Komitəsinə müraciət etmişlər.

Aparılan elmi tədqiqat işlərinin ən mühüm nəticələri tezislər şəklində konqresin toplusunda dərc olunacaq. Burada dinləniləcək mühazirə, məruzə və çıxışlar Azərbaycan, türk və ingilis dillərində sinxron tərcümə vasitəsilə geniş beynəlxalq auditoriyaya çatdırılacaq.  

Konqres günlərində çoxsaylı yerli həkim auditoriyasının Şimali Amerika, Avropa, Asiya və Afrika qitələrini təmsil edən məşhur alimlərlə öz təcrübələrini, bilik və bacarıqlarını bölüşdürərək inkişaf etmiş ölkələrin müasir texnologiyalardan istifadə etməklə müxtəlif xəstəliklərin diaqnostika və müalicəsində əldə olunmuş nailiyyətlərin mənimsənilməsi Azərbaycan səhiyyəsinin inkişafında növbəti uğurlara təkan verəcəyi Təşkilat Komitəsində ciddi əminlik yaradır.

 Hörmətlə,

Konqresin Təşkilat Komitəsi