Tezislər 01 mart tarixinədək qəbul olunur

Tezislər 01 mart tarixinədək qəbul olunur

25-27 aprel 2024-cü ildə Bakı şəhərində Cərrah və Qastroenteroloqların XX Beynəlxalq Avrasiya Konqresi və Beynəlxalq Hepatoqastroenterologiya konqresi keçiriləcək. Konqres günlərində Avropa, Asiya, Amerika və MDB ölkələrindən görkəmli alimlərin iştirakı ilə qastroenterologiya və cərrahiyyənin aktual problemlərinə həsr olunmuş mühazirələrin və plenar iclasların keçirilməsi nəzərdə tutulur.

Konqresin rəsmi dilləri (mühazirə və çıxışların sinxron tərçüməsi təşkil ediləcək) – Azərbaycan/türk, ingilis dilləridir. Təqdim olunacaq işlər Konqresin materiallarında ingilis dilində dərc olunacaq.

Ünvan:
AZ 1112, Bakı şəhəri Şərifzadə küçəsi 196. “Akademik M.A.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzi” publik hüquqi şəxs.

Теlefon:
(+99450) 352 85 08;
(+994 50) 349 55 66

www: acgib-bakucongress2024.az

e-mail: [email protected]